SON XƏBƏRLƏR

Səfirlik: Amerika və Azərbaycan daha təhlükəsiz gələcək üçün çalışır

2025.06.02, 12:07
Səfirlik: Amerika və Azərbaycan daha təhlükəsiz gələcək üçün çalışır

Amerika Xəzər dənizi boyunca sərhəd təhlükəsizliyinin gücləndirilməsi istiqamətində Azərbaycanla onilliklərdir ki, tərəfdaşlıq edir.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Amerikanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirib ki, bu çərçivədə edilən yardımın məbləği 320 milyon dollar həcmində olub:

“Amerikanın müvəqqəti işlər vəkili Hüqo Qevara və Hessi bu yaxınlarda gözəl Abşeron Milli Parkında gəzintiyə çıxıb. Birləşmiş Ştatlar onilliklərdir ki, Xəzər dənizi boyunca sərhəd təhlükəsizliyini gücləndirmək üçün Azərbaycana radarlar, patrul qayıqları, sualtı texnologiyalar və təlimlər daxil olmaqla yardım göstərərək tərəfdaşlıq edir. Bu yardım 320 milyon dollar həcmində olub. Birləşmiş Ştatlar və Azərbaycan birlikdə daha təhlükəsiz, daha güvənli və daha firavan bir gələcək üçün çalışırlar”, - səfirlik qeyd edib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar