SON XƏBƏRLƏR

İranli deputat: uranın zənginləşdirilməsi məsələsi müzakirəyə açıq deyil

2025.06.02, 12:29
İranli deputat: uranın zənginləşdirilməsi məsələsi müzakirəyə açıq deyil

Tehranın öz torpağında uranı zənginləşdirmək siyasəti mütləqdir və diplomatiya və ya beynəlxalq təzyiqlə məhdudlaşdırıla bilməz.

Gunaz.tv

Bu sözləri İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əli Xizrian deyib.

“Heç bir beynəlxalq hüquq İranın zənginləşdirmə fəaliyyətinə mane ola bilməz. Amerikalılar çox yaxşı bilirlər ki, bu məsələ müzakirəyə açıq deyil.” - deyə o bildirib.

Qeyd edək ki, bir müddətdir ki, İranın müxtəlif dərəcəli rəsmiləri uranın zənginləşdirilməsi məsələsinin heç bir şəkildə müzakirəyə açıq olmadığını bildirsələr də, danışıqların gedişində verilən siqnallarda bəzi güzə.tlərin ola biləcəyinə dair fikirlər də səsləndirilib.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar