SON XƏBƏRLƏR

İran: Amerikanın sanksiyaları dayandırması ilə bağlı mətbuatda yayılan məlumatlar etibarlı deyil

2025.06.02, 12:59
İran: Amerikanın sanksiyaları dayandırması ilə bağlı mətbuatda yayılan məlumatlar etibarlı deyil

İran Amerikanın sanksiyaları dayandırması ilə bağlı mətbuatda yayılan məlumatların etibarlı olmadığını deyib

Gunaz.tv

İranın Xarici İşlər Nazirliyi Ağ Evin yeni sanksiyaların dayandırılmasına dair göstərişi ilə bağlı xəbərləri təkzib edib və bildirib ki, Vaşinqtonun yanaşmasının dəyişib-dəyişmədiyini yalnız yoxlanıla bilən hərəkətlər (adları açıqlanmayan mənbələr deyil) müəyyən edə bilər.

Bu barədə İranın xarici işlər nazirliyinin sözçüsü İsmayıl Bəqayi sanksiyaların dayandırılmasına dair xəbərlərlə bağlı sualı cavablandırarkən danışıb.

"Siz buna inandınızmı? Biz media xəbərlərinə və ya məlumatsız mənbələrdən gələn iddialara etibar edə biləcəyimizi düşünmürük." - deyə o bildirib.

 

- Cəfər Cəfərli

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar