SON XƏBƏRLƏR

Ukraynaya qarşı farslar da mı döyüşür?

2025.06.02, 13:11
Ukraynaya qarşı farslar da mı döyüşür?

Ukraynada Rusiya Silahlı Qüvvələri ilə birgə döyüşən iranlı muzdluları əks etdirən video-görüntülər ortaya çıxıb.

Gunaz.tv

sözügedən video sosial şəbəkələrdə yayılıb.

Videodan göründüyü kimi, fars dilində danışan iranlı əsgər ruslarla ünsiyyət qurmaqda çətinlik çəkir.

Videonun 50-ci saniyəsində iranlı muzdlu ayağının zədələnməsindən şikayət edərək, farsca danışmağa başlayır.

Qeyd edək ki, İranın Rusiyaya göstərdiyi hərbi dəstək uzun müddətdir ki, beynəlxalq səviyyədə müzakirə mövzusudur. Bu görüntülər isə həmin dəstəyin yalnız silah və “Şahid” PUA-larının tədarükü və maliyyə yardımı ilə məhdudlaşmadığını, hətta döyüş meydanında iranlı muzdluların da Rusiya ordusunun yanında aktiv rol aldığını göstərir.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar