SON XƏBƏRLƏR

Zelenski: İtkilər Rusiyanı danışıqlar masasına oturmağa məcbur edəcək

2025.06.02, 14:53
Zelenski: İtkilər Rusiyanı danışıqlar masasına oturmağa məcbur edəcək

İtkilər və hərbi potensialı azaltmaq Rusiyanı real diplomatiya ilə razılaşmağa məcbur etməlidir.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Buxarest doqquzluğu" və Skandinaviya ölkələrinin sammitində bildirib.

"Bu, xüsusi məqamdır. Bir tərəfdən Rusiya yay hücumuna başlayıb, digər tərəfdən isə diplomatiya ilə məşğul olmağa məcburdur. Bu, bizim hamımız üçün həm çağırış, həm də real fürsətdir. Bu, bu müharibəni bitirməyə çalışmaq üçün bir şansdır", - Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, Avropa və ABŞ birlikdə Rusiyadan daha yaxşı silahlara malikdir.

"Bizim daha güclü taktiki həllərimiz də var. "Pautina" əməliyyatımız bunu dünən sübut etdi. Rusiya itki vermənin nə demək olduğunu dərk etməlidir. Bu, onu diplomatiyaya doğru sövq edəcək", - Ukrayna lideri vurğulayıb.

O qeyd edib ki, Rusiyanın müharibədə itkiləri Ukraynanın təkcə özünü deyil, bütün Avropanı müdafiə etdiyini göstərir.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar