SON XƏBƏRLƏR

İran, Misir və BAEA nümayəndələri Qahirədə İranın nüvə proqramını müzakirə edib

2025.06.02, 21:07
İran, Misir və BAEA nümayəndələri Qahirədə İranın nüvə proqramını müzakirə edib

İranın xarici işlər naziri Abbas Əraqçi İranın nüvə proqramını müzakirə etmək üçün Qahirədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi ilə görüşüb.

Gunaz.tv

Qeyd olunur ki, danışıqlarda Misir Prezidenti Əbdül Fəttah əs-Sisi və Misirin xarici işlər naziri Bədr Abdelati də iştirak edib.

İranın “Tasnim” agentliyinin məlumatına görə, Əraqçi mətbuat konfransı zamanı bildirib ki, Tehran Amerikanın Oman tərəfi vasitəsilə çatdırdığı İranın nüvə enerjisi ilə bağlı təklifinə tezliklə cavab verəcək.

“Cavab İran xalqının prinsiplərinə əsaslanacaq”, - İranın XİN başçısı vurğulayıb.

Əraqçi əlavə edib ki, İranın uranı zənginləşdirmək hüququ tanınmayınca Amerika ilə heç bir saziş imzalana bilməz.

Daha əvvəl Qərb mediası BAEA-nın hesabatına istinadən İranın nüvə proqramı ilə bağlı təşkilatla əməkdaşlığı davam etdirməsinə baxmayaraq, bu əməkdaşlığın bir sıra aspektlərdə qənaətbəxş olmadığını yazmışdı. O cümlədən hesabatda qeyd olunur ki, bir sıra obyektlərdə ötən illərdə aşkar edilmiş bəyan olunmamış nüvə materiallarının olmasının səbəblərini tapmaqda heç bir irəliləyiş yoxdur.

Bundan əlavə, BAEA İranın zənginləşdirilmiş uran ehtiyatlarını artırdığını bildirir. Onun məlumatına görə, mayın 17-nə ölkədə 408,6 kq 60% zənginləşdirilmiş uran olub. Bu, 2025-ci ilin fevral ayı ilə müqayisədə 133,8 kq çoxdur.

İran Xarici İşlər Nazirliyi və Atom Enerjisi Təşkilatı hesabata etiraz edib. Tehran hesabatın siyasi məqsədlər üçün və təzyiq altında hazırlandığını qeyd edib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar