SON XƏBƏRLƏR

İranın Azərbaycandakı yeni səfirinin adı açıqlanıb

2025.06.03, 11:15
İranın Azərbaycandakı yeni səfirinin adı açıqlanıb

İranın Azərbaycandakı yeni səfiri Müctəba Dəmirçili olacaq.

Gunaz.tv

Məlumata görə, İranın Azərbaycandakı yeni təyin olunmuş səfiri, daha əvvəl açıqlandığı kimi, Avrasiya üzrə mütəxəssisdir. “Hazırda İran Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin baş müdiri Müctəba Dəmirçili İran İslam Respublikasının Bakıdakı yeni səfiri kimi təqdim olunub”, – agentlik diqqətə çatdırıb.

Qeyd edək ki, iyunun 2-də Tehran yeni səfirin təyinatının anonsunu versə də, onun adını açıqlamamışdı.

Xatırladaq ki, 2023-cü ilin aprelində İranın Xarici İşlər Nazirliyinin mətbuat xidməti tviterdə (indiki “X”) Dəmirçilinin adına onun Azərbaycan səfiri kimi təqdim olunduğu hesab açıldığını bildirərək bunun saxta olduğunu vurğulamışdı.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar