SON XƏBƏRLƏR

Britaniya hərbçilərinin sayını 76 min nəfərədək artıracaq

2025.06.03, 11:17
Britaniya hərbçilərinin sayını 76 min nəfərədək artıracaq

Böyük Britaniya ordusundakı hərbçilərin sayını hazırkı təxminən 72,5 min nəfərdən növbəti çağırış parlamentində 76 minə qədər artıracaq.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın müdafiə naziri Con Hili Britaniya parlamentinin İcmalar Palatasında (aşağı palatada) çıxışı zamanı bildirib.

“Biz növbəti parlamentdə Britaniya ordusunun şəxsi heyətini azı 76 min daimi əsgərə qədər artırmaq niyyətindəyik. Bütöv bir nəsil ərzində ilk dəfə olaraq məhz bizim hökumətimiz daimi ordunun ölçüsünü artırmaq istəyir”, – o deyib.

Qeyd edək ki, Britaniya parlamentinə növbəti seçkilər 2029-cu ilin avqust ayından gec olmayaraq keçirilməlidir. İcmalar Palatası beş ilə qədər müddətə seçilir. Beləliklə, Leyboristlər Partiyasının hazırkı hökuməti ordunun sayını artırmaq hədəfinə 2034-cü ilə qədər çatmaq niyyətindədir.

Hazırda Britaniya ordusunun şəxsi heyətinin sayı təxminən 72,5 min hərbçidən ibarətdir – bu, XIX əsrin əvvəllərində Napoleon müharibələri dövründən bəri ən aşağı göstəricidir.

Hili çıxışında həmçinin hökumətin ölkənin müdafiə xərclərini 2027-ci ilə qədər ÜDM-in 2,3 %-dən 2,5 %-ə qədər artırmaq planlarını təsdiqləyib.

Daha əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, London hərbi xərcləri ÜDM-in 3 %-nə çatdırmaq hədəfini qarşıya qoyur. Onun sözlərinə görə, Britaniya silahlı münaqişəyə hazır olmalıdır ki, onun yaranmasının qarşısını alsın.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar