SON XƏBƏRLƏR

Ukrayna NATO-nun Haaqa sammitinə dəvət alıb

2025.06.03, 11:19
Ukrayna NATO-nun Haaqa sammitinə dəvət alıb

Ukrayna NATO-nun iyunun 24-25-də Haaqada keçiriləcək sammitinə dəvət alıb.

Gunaz.tv

Bunu Ukrayna Pezidenti Volodimir Zelenski jurnalistlərlə söhbəti zamanı deyib.

"Bizi NATO sammitinə dəvət etdilər. Düşünürəm ki, bu, vacibdir", - o əlavə edib.

Dövlət başçısı Ukraynanın alyansın sammitində konkret olaraq necə təmsil olunacağını açıqlamayıb. Lakin bildirib ki, xarici işlər naziri Andrey Sibiqa həmkarları ilə görüşlər keçirəcək.

Bundan əvvəl məlum olub ki, Amerika Prezidenti Donald Trampa görə NATO Haaqa sammiti üçün mini-bəyannamə hazırlayır.

KİV onu da yazıb ki, Amerika Zelenskinin NATO sammitinə dəvət edilməsinə qarşıdır. Lakin Amerika dövlət katibi Marko Rubio bu məlumatı təkzib edib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar