SON XƏBƏRLƏR

46 həbsxanada aclıq aksiyası keçirilir

2025.06.03, 13:43
46 həbsxanada aclıq aksiyası keçirilir

İranın 46 həbsxanasında saxlanılan siyasi məhbuslar edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına əl atıblar.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, onlar beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar.

Aclıq aksiyası 71-ci dəfədir ki, hər həftənin ikinci günündən başlayaraq 24 saat müddətinə keçirilir.

Bununla eyni vaxtda Tehranın Evin həbsxanasında saxlanılan siyasi məhbusların ailə üzvləri həbsxana qarşısına toplaşaraq edam hökmlərinin artmasına etiraz edib, bu cəza növünün tətbiqinin dayandırılmasını tələb ediblər.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar