SON XƏBƏRLƏR

İran Amerika və İsrailin hücumuna hazırlaşır

2025.06.03, 13:27
İran Amerika və İsrailin hücumuna hazırlaşır

İran Amerika və İsrailin hücum ehtimalına görə öz hava müdafiəsini gücləndirməyə çalışır.

Gunaz.tv

Bu barədə "Financial Times" məruzə edir.

Bildilir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri may ayında ölkənin hava hücumundan müdafiə sisteminin imkanları və hərbi xərclərin artırıldığını deyib.

“İranın düşmənləri başa düşməlidirlər ki, bizim hava məkanımızın hər hansı pozulması onlara ciddi ziyan vuracaq.” - deyə Məhəmməd Baqeri bildirib.

Hesabatda deyilir ki, Qərb kəşfiyyatının qiymətləndirmələrinə və təhlükəsizlik analitiklərinin peyk görüntüləri ilə bağlı təhqiqatına əsasən, İran bir neçə zenit-raket buraxılış qurğusunu Natanz və Fordo kimi mühüm nüvə obyektlərinə yaxın mövqelərə köçürüb.

"Financial Times" bildirib ki, İranın ən qabaqcıl zenit-raket kompleksləri və radar sistemlərinin əhəmiyyətli bir hissəsi, o cümlədən Rusiyanın uzaqmənzilli S-300 sistemləri İsrailin 2024-cü ilin oktyabr və aprel aylarında ölkəyə endirdiyi hava zərbələri zamanı məhv edilib və ya zədələnib.

Buna baxmayaraq, ekspertlər hesab edir ki, İranın hava hücumundan müdafiə sisteminin bir çox komponentləri bütöv qalır və ya son aylarda təmir olunub.

Döyüş başlasa, İsrail üstün olacaq

"İsrail hazırda İran üzərində demək olar ki, tam hava üstünlüyünə malikdir." - bunu Britaniyanın RUSI İnstitutunun tədqiqatçısı Robert Tolast "Financial Times"a müsahibəsində deyib.

"Ancaq belə bir hücum saatlarla və ardıcıl dalğalarla davam etməlidir. Belə olan halda isə pilotların yorğunluq məsələsi nəzərə alınmalıdır." - deyə o bildirib.

Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Qlobal Təhlükəsizlik və Geosiyasi Strategiya Proqramının sədri Con Alterman bildirib ki, İranın müdafiə sistemi ilə məşğul olmaq İsrail üçün asan olmayacağını, ancaq İsrailin belə bir gücə mütləq malik olduğunu bildirib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar