SON XƏBƏRLƏR

Rubio: Xarici siyasətdə dünya nizamını deyil, Amerikanın maraqlarını rəhbər tutacağıq

2025.06.04, 11:13
Rubio: Xarici siyasətdə dünya nizamını deyil, Amerikanın maraqlarını rəhbər tutacağıq

Amerika administrasiyası xarici siyasətini təyin edərkən indiki dünya nizamını deyil, Amerikanın milli maraqlarını rəhbər tutacaq.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu Amerikanın dövlət katibi Marko Rubio "Amerika kompas"ı qeyri-hökumət analitik mərkəzinin təşkil etdiyi konfransda deyib.

"Xarici siyasətimizin - məkandan və məsələdən asılı olaraq - mərkəzləşdiyi və ilk növbədə Birləşmiş Ştatlar üçün nəyin xeyirli olduğuna yönəldilməsi ideyası tamamilə itirilib. Biz beynəlxalq nizam üçün nəyin xeyirli olduğuna və ya dünya üçün nəyin yaxşı olacağına əsaslanaraq dəfələrlə xarici siyasət qərarları vermişik", - o deyib.

"Mən demirəm ki, bunların heç bir əhəmiyyəti yoxdur, amma bizim xarici siyasətimizin əsas prioriteti Birləşmiş Ştatlar və Amerikanın maraqlarına cavab verən məsələ olmalıdır. Bu, təcridçilik deyil, sağlam düşüncədir", - Amerika dövlət katibi əlavə edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar