SON XƏBƏRLƏR

Tramp İranın nüvə sazişi təklifini qəbul edəcəyinə ümid bəsləyir

2025.06.04, 11:15
Tramp İranın nüvə sazişi təklifini qəbul edəcəyinə ümid bəsləyir

Amerika Prezidenti Donald Tramp ümid edir ki, rəsmi Tehran Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı Amerika liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff tərəfindən əvvəllər Tehrana göndərilmiş təklifi qəbul edəcək.

Gunaz.tv

Bunu Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.

"Xüsusi elçi Uitkoff İran rejiminə çox təfərrüatlı və məqbul təklif göndərdi. Prezident ümid edir ki, onlar bunu qəbul edəcəklər", - o, jurnalistlərə deyib.

Levitt qeyd edib ki, Tehran əks halda ciddi fəsadlarla üzləşəcək.

Xatırladaq ki, çərşənbə axşamı Tramp deyib ki, potensial Amerika-İran sazişi İslam Respublikası tərəfindən hər hansı formada uranın zənginləşdirilməsini nəzərdə tutmur.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar