SON XƏBƏRLƏR

Əli Xamenei Amerikanın İranın nüvə proqramı ilə bağlı təklifini rədd edib

2025.06.04, 12:36
Əli Xamenei Amerikanın İranın nüvə proqramı ilə bağlı təklifini rədd edib

Əli Xamenei Amerikanın İranın nüvə proqramı ilə bağlı təklifini rədd edib.

Gunaz.tv

Amerikanın İranın nüvə proqramı ilə bağlı planı İranın prinsiplərinə tamamilə ziddir.

Bu barədə İranın rəhbəri Seyid Əli Xamenei bildirib.

Xamenei Amerikanın nüvə müzakirələrindəki təklifinə qarşı çıxaraq planın İranın əleyhinə olduğunu qeyd edib: “Siz kimsiniz ki, İrana deyirsiniz ki, bizim nüvə proqramımız olsun, ya yox? Amerikanın nüvə təklifi bizim güc prinsipimizə 100% ziddir. Amerika bizim nüvə proqramımızı zəiflədə bilməyəcək. İran uranın zənginləşdirilməsi işindən əl çəkməyəcək.” - deyə o bildirib.

Xatırladaq ki, Amerika prezidenti Donald Trampın bəyanatlarında isə İranla nüvə razılaşmasında İran ərazisində uran zənginləşdirilməsinin olmayacağı qeyd edilib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar