SON XƏBƏRLƏR

Tramp Amerikaya idxal olunan polad və alüminiuma tətbiq olunan rüsumları 50% artırıb

2025.06.04, 12:43
Tramp Amerikaya idxal olunan polad və alüminiuma tətbiq olunan rüsumları 50% artırıb

Amerika Prezidenti Donald Tramp ölkəyə idxal edilən polad və alüminium məhsullarına tətbiq olunan gömrük rüsumlarının 50% artırılması barədə fərman imzalayıb.

Gunaz.tv

Ağ Evin yaydığı rəsmi məlumatda bildirilib ki, qərarın məqsədi Amerika polad sənayesinin müdafiəsi və milli təhlükəsizliyin təmin edilməsidir.

Həmçinin, bu addımın Amerika iqtisadiyyatının güclənməsinə və “qızıl dövr”ün başlanmasına xidmət edəcəyi bildirilib.

Qeyd edək ki, Amerikanın polad idxal etdiyi əsas ölkələr Kanada, Braziliya və Meksikadır. Çin isə dünyanın ən böyük polad istehsalçısı və ixracatçısı olsa da Amerikaya çox az miqdarda polad ixrac edir.

Amerikanın aliminium idxal etdiyi əsas ölkə Kanadadır. Amerika 2024-cü ildə aliminium tələbatının təxminən yarısını idxal hesabına qarşıalyıb.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar