SON XƏBƏRLƏR

Vitse-prezident: Azərbaycanın regional qaz gücünə çevrilmək potensialı var

2025.06.04, 15:31
Vitse-prezident: Azərbaycanın regional qaz gücünə çevrilmək potensialı var

Azərbaycan artıq regional enerjinin şaxələndirilməsində mərkəzi rol oynayır.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən sayca 30-cu Yubiley “Baku Energy Forum”da çıxış edərkən SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan 12 ölkəyə qaz ixrac edir. Bunların sırasında Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Macarıstan, Rumıniya, Makedoniya, Xorvatiya və Sloveniya yer alır.

"Qonşu ölkələrlə dərin əməkdaşlıq etməklə, ölkələrarası əlaqəni gücləndirməklə və bazar şərtlərinə əsaslanan ticarət mexanizmlərini dəstəkləməklə, Azərbaycanın regional qaz gücünə çevrilmək potensialı var", - Elşad Nəsirov qeyd edib.

Onun sözlərinə görə, qeyd olunanlar nəinki Azərbaycanın mövqeyini möhkəmləndirəcək, həm də regionun uzunmüddətli enerji təhlükəsizliyinə dərhal töhfə verəcək.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar