SON XƏBƏRLƏR

NATO ölkələri hərbi xərclərini ÜDM-in 5 %-nə qədər artıra bilər

2025.06.05, 11:47
NATO ölkələri hərbi xərclərini ÜDM-in 5 %-nə qədər artıra bilər

Amerika müdafiə naziri Pit Heqset hesab edir ki, NATO ölkələri iyunun 24-25-də Haaqada keçiriləcək sammitə qədər müdafiə xərclərini ÜDM-in 5 %-dək artırmaq öhdəliyi götürməklə bağlı razılığa gələ biləcək.

Gunaz.tv

O, bunu alyans ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşünə gələrkən deyib.

"Biz alyans ölkələrinin ÜDM-in 5 %-ni müdafiəyə ayırması öhdəliyi ilə bağlı Amerika Prezidenti Donald Trampın başlatdığı işi davam etdirmək üçün toplaşmışıq və hesab edirik ki, bu barədə razılığa gəlmək mümkün olacaq. Bu, iyunun sonlarında keçiriləcək Haaqa sammitinə qədər baş verməlidir", - o bildirib.

NATO-nun Haaqa sammiti iyunun 24-25-də keçiriləcək. Sammitdə alyans ölkələrinə hərbi xərclərin hədəf səviyyəsini hazırkı 2 %-dən ÜDM-in 5 %-nə qədər artırmaq təklif olunacaq. 

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar