SON XƏBƏRLƏR

AIPAC İranın nüvə proqramının ləğvinə çağırış edir

2025.06.05, 12:42
AIPAC İranın nüvə proqramının ləğvinə çağırış edir

Amerika İsrail İctimai Əlaqələr Komitəsi (AIPAC ) vitse-prezident J.D.Veynsin İranın nüvə məsələsi ilə bağlı xəbərdarlığını dəstəkləyərək, İranın nüvə proqramını ləğv etməyə çağırıb.

Gunaz.tv

Bu barədə onların sosial media hesabında bildirilib.

"Əgər İran dominosu yıxılarsa, bütün Yaxın Şərqdə nüvə silahının yayılmasının şahidi olacaqsınız. Bu, bizim və dostlarımız üçün çox təhlükəlidir." - J.D.Veyns bildirib.

"Danışıqlara son tarix təyin edin. Təzyiqləri artırın. İranın nüvə fəaliyyətini dayandırmasını tələb edin" deyən qrup Tehranın nüvə ambisiyaları ilə bağlı daha sərt mövqe nümayiş etdirməyə çağırıb.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar