SON XƏBƏRLƏR

"Cəhənnəm Parkı"nda texniki nasazlıq səbəbindən alovlar sönüb

2025.06.05, 13:26
"Cəhənnəm Parkı"nda texniki nasazlıq səbəbindən alovlar sönüb

İran İnqilab Keşikçiləri tərəfindən hazırlanan teatral "cəhənnəm" səhnəsində bağlanış günü texniki nasazlıq səbəbindən soyuq keçib.

Gunaz.tv

Gilan əyalətindəki "Cənnət Zamanı" layihəsinin bir hissəsi olan bu layihə İslam inancındakı ölümdən sonrakı həyatı canlandırmağı hədəfləyirdi. Qurulmuş səhnədə gerçək alovlardan, əzab verən və əzaba məruz qalan aktyorlardan istifadə edilirdi. Ancaq səhnənin son günündə cəhənnəm alovlana bilməyib.

Sosial mediada yayılan xəbərlər görə, səhnəciyi izləməyə gələn başı açıq qadınlar ora buraxılmayıblar. Bu isə insanların gülüşünə səbəb olub. Çünki rejimin rəsmi təbliğatına görə, guya, başı açıq qadınlar Cəhənnəmə getməlidirlər.

Ümumilikdə təşkil edilən bu tədbir insanlar tərəfindən inancların aşağılanması kimi qiymətləndirilib və gülüşə səbəb olub.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar