SON XƏBƏRLƏR

Nazir: Almaniyada hərbçilərin sayı 50-60 min nəfərə qədər artırılmalıdır

2025.06.05, 13:44
Nazir: Almaniyada hərbçilərin sayı 50-60 min nəfərə qədər artırılmalıdır

Müdafiə qabiliyyətinin artırılması ilə bağlı NATO-nun yeni tələblərinin yerinə yetirilməsi çərçivəsində Almaniya Silahlı Qüvvələrində hərbçilərin sayı 50-60 min nəfərə qədər artırılmalıdır.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius NATO ölkələrinin müdafiə nazirlərinin görüşündə iştirak etmək üçün Brüsselə gələrkən bildirib.

Nazir qeyd edib ki, hələlik xidmət könüllü olacaq.

Onun sözlərinə görə, Almaniyanın hədəf paketi (Şimali Atlantika Alyansının müdafiəsinə töhfə) NATO-da miqyasına görə ikinci böyük paket olacaq.

Hazırda Bundesver hərbçilərinin sayı təxminən 183 min nəfərdir.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar