SON XƏBƏRLƏR

İsrail İrana görə Trampa söz verib

2025.06.06, 10:00
İsrail İrana görə Trampa söz verib

İsrail Vaşinqtonu əmin edib ki, Amerika prezidenti Donald Tramp Tehranla danışıqların nəticəsiz qalacağına işarə etməsə, İranın nüvə obyektlərinə zərbə endirməyəcək.

Gunaz.tv

Bu haqda “Axios” portalı İsrail hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail məsələ ilə bağlı mövqeyini ötən həftə strateji işlər naziri Ron Dermer, “Mossad” direktoru Devid Barnea və milli təhlükəsizlik müşaviri Tzaçi Hanegbi tərəfindən Vaşinqtona səfəri zamanı çatdırıb.

“Biz amerikalıları sakitləşdirdik və onlara dedik ki, yaxşı diplomatik həll yolu tapmaq mümkündürsə, hücuma başlamağın heç bir məntiqi yoxdur. Buna görə də biz onlara şans verəcəyik və danışıqların tükəndiyi və Amerika prezidentinin xüsusi elçisi Stiven Uitkoffun təslim olduğu aydın olana qədər heç bir hərbi əməliyyat həyata keçirməyəcəyik”, – adı çəkilən İsrail rəsmiləri "Axios"a bildiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar