SON XƏBƏRLƏR

İsrail ordusu Beyrut ətrafındakı “Hizbullah” obyektlərinə zərbələr endirdiyini bildirib

2025.06.06, 10:58
İsrail ordusu Beyrut ətrafındakı “Hizbullah” obyektlərinə zərbələr endirdiyini bildirib

İsrail hərbçiləri Beyrut ətrafındakı “Hizbullah” terror təşkilatının obyektlərinə zərbələr endirməyə başlayıb.

Gunaz.tv

Bu barədə ordu mətbuat xidməti məlumat yayıb.

Bəyanata əsasən, zərbələrin hədəfi Dahiyədə – Lübnan paytaxtının cənubunda “Hizbullah”ın silahlı qanadının 127-ci hərbi-hava bölməsinin obyektləridir.

Bundan bir qədər əvvəl İsrail ordusu hədəflərin yerləşdiyi rayonların sakinlərinə evlərini dərhal tərk etmək tələbi ilə müraciət etmişdi. İsrail sonuncu dəfə Beyrut ətrafına aprel ayının sonunda zərbələr endirib, o vaxtdan bəri yalnız Livanın cənub rayonları atəşə tutulub.

Daha sonra “Al Jazeera” telekanalı İsrailin qırıcı təyyarələr və dronlardan istifadə edərək Beyrut cənub ətrafına 17 zərbə endirdiyini bildirib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar