SON XƏBƏRLƏR

Lübnan hökuməti Hizbullahın 500-dən çox məskənini sökdüyünü bildirib

2025.06.06, 12:12
Lübnan hökuməti Hizbullahın 500-dən çox məskənini sökdüyünü bildirib

Lübnan hökuməti Hizbullahın 500-dən çox məskənini sökdüyünü bildirib.

Gunaz.tv

Bunu Lübnanın baş naziir Nəvaf Səlam hakimiyyətdə olmasının 100-cü günü münasibəti ilə milli televiziyada çıxışında deyib.

O, bəyan edib ki, hökumət beynəlxalq ictimaiyyətin tələb etdiyi islahatları irəli aparır və hökumət bütün ölkə ərazisində hakimiyyətini və silah daşımaq hüququnu özündə saxlayacaq.

Lübnan baş naziri əlavə edib ki, ordu ölkənin güneyində möhkəmlənməyi davam etdirir və indiyədək Litani çayının güneyində, İsrail sərhədindən təxminən 30 kilometr aralıda 500-dən çox hərbi mövqe və silah anbarını sıradan çıxarılıb.

Xatırladaq ki, ötən ilin dekabrında İsrail və Hizbullah arasında atəşkəs razılaşmasına əsasən, İranın dəstəklədiyi qruplaşma qüvvələrini bölgədən çıxarmalı və Litani çayının güneyindəki hərbi infrastrukturunu dağıtmalı idi.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar