SON XƏBƏRLƏR

Amerikada İran silahlarını Husilərə qaçıran şəxs mühakimə olunub

2025.06.06, 13:19
Amerikada İran silahlarını Husilərə qaçıran şəxs mühakimə olunub

Amerikada İran silahlarını Husilərə qaçıran Pakistan əsilli şəxs mühakimə olunub.

Gunaz.tv

49 yaşlı Məhəmməd Pəhləvan ötən ilin yanvarında Ərəb dənizində raket hissələri, qanadlı raket komponentləri və döyüş başlığı daşıyan bayraqsız bir gəminin Amerika Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılmasında sonra həbs edilib.

Prokurorlar bildiriblər ki, Məhəmməd Pəhlavan İrandan Yəmənə silah daşımaq üçün İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan iki İran vətəndaşı ilə işləyib.

O, terrorçulara maddi dəstək vermək və İranın kütləvi qırğın silahları proqramı da daxil olmaqla bir çox ittihamlarla mühakimə olunub.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar