SON XƏBƏRLƏR

Amerika Prezidenti: Zəruri saysaq, Rusiyaya yeni sanksiyalar tətbiq edəcəyik

2025.06.07, 10:37
Amerika Prezidenti: Zəruri saysaq, Rusiyaya yeni sanksiyalar tətbiq edəcəyik

Amerika Birləşmiş Ştatlar zəruri hesab etsə, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu Amerika Prezidenti Donald Tramp jurnalistlərlə söhbətində deyib.

“Əgər Rusiyanın sövdələşməyə getməyəcəyini və ya qan tökülməsini dayandırmayacağını düşünsəm, lazım gəlsə, bundan istifadə edəcəyəm”, - Tramp deyib.

O əlavə edib ki, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyən senatorlarln bir çoxu yekun qərarı onun öhdəsinə buraxırlar. "Mən onlarla bu barədə danışmamışam. Onların qanun layihəsi var, amma bu məndən asılıdır, bu mənim seçimimdir. Onlar bunu belə planlaşdırıblar və bu baş verərsə, bu, çox vaxta qənaət edəcək. Ona görə də bu məni qane edir. Bundan istifadə edib-etməmək barədə hələ qərar verməmişəm. Bu, çox sərt qanun layihəsidir", - Amerika Prezidenti əlavə edib.

Daha əvvəl Tramp Senatdakı respublikaçı həmkarlarından Rusiyaya qarşı sanksiyaları sərtləşdirən, o cümlədən üçüncü ölkələrə qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutan qanun layihəsini səsverməyə çıxarmamağı xahiş edib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar