SON XƏBƏRLƏR

Çin nadir torpaq elementlərinin Amerikaya ixracını bərpa etməyə razılaşıb

2025.06.07, 10:51
Çin nadir torpaq elementlərinin Amerikaya ixracını bərpa etməyə razılaşıb

Çin Amerikaya nadir torpaq elementlərinin tədarükünü bərpa etməyə razılıq verib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Amerika Prezidenti Donald Tramp təyyarəsində jurnalistlərə açıqlamasında məlumat verib.

Trampdan Si Cinpinin Amerikaya nadir metalların ixracını bərpa etməyə razı olub-olmadığı soruşulub və o, suala müsbət cavab verib:

“Biz Çinlə razılaşma məsələsində çox irəliləmişik. Sadəcə bəzi məqamların aydınlaşdırılmasını istəyirdik”.

O, həmçinin iyunun 9-da Londonda Amerika və Çin nümayəndələrinin keçirəcəyi görüş barədə danışıb və bu təmasların ticarət razılaşmasına aparan yolda mühüm mərhələ olduğunu qeyd edib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar