SON XƏBƏRLƏR

Türkiyənin müdafiə naziri: Bizim məqsədimiz dünyanın ən yüksək səviyyəli hava qüvvələrinə sahib olmaqdır

2025.06.07, 11:13
Türkiyənin müdafiə naziri: Bizim məqsədimiz dünyanın ən yüksək səviyyəli hava qüvvələrinə sahib olmaqdır

Bizim məqsədimiz dünyanın ən yüksək səviyyəli hava qüvvələrinə sahib olmaqdır.

Gunaz.tv

Bunu Türkiyənin müdafiə naziri Yaşar Gülər Qurban bayramının ilk günü Kütahya vilayətində Türkiyə Hərbi Hava Qüvvələrinin Təlim Briqadası Qərargahında əsgərlər qarşısında çıxış edərkən bildirib.

"Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Gələcək səmalardadır” sözlərindən ilhamlanaraq, məqsədimiz hava qüvvələrimizi dünyanın ən qüdrətli hava qüvvələrinə çevirməkdir." - deyə o bildirib.

Türkiyənin müdafiə naziri PKK terror qruplaşmasının dağıdılması və tərksilah edilməsi qərarı ilə bağlı prosesin dərhal həyata keçirilməsinin vacib olduğunu deyib.

"Bu baxımdan, bu prosesi idarə etmək üçün müvafiq qurumlarla koordinasiyalı, ehtiyatlı və rasional, həssas və dəqiq işləyirik." - qeyd edib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar