SON XƏBƏRLƏR

İranda məşhur mollanın iki oğlu həbs edilib

2025.06.09, 09:39
İranda məşhur mollanın iki oğlu həbs edilib

İranın tanınmış mollalarından və Tehranın cümə imamı olan kazim Sədiqinin iki oğlu həbs edilib.

Gunaz.tv

Bu haqda İran mediası məlumat yayıb.

Məlumata görə, cümə imamının oğulları korrupsiya və su-istifadə faktlarına görə saxlanılıb.

Onların hər ikisinin barəsində cinayət işinin açıldığı və dəqiq araşdırmaların aparıldığı bildirilib.

Bundan əvvəl 2024-cü ilidə "İmam Xomeyni seminariyası"nın balansında olan 4200 kvadratmetrlik bahalı torpaq sahəsi Sədiqi, iki oğlu və gəlini tərəfindən mənimsənilib.

Tehranın ən bahalı bölgələrindən biri olan Əzgüldə yerləşən torpaq sahəsinin qiymətinin 20 milyon dollardan çox olduğu bildirilib.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatının yaydığı hesabata əsasən İran ən çox korrupsiyaya bulaşmış ölkələr arasındadır.

Təşkilatın 2024-cü il hesabatına əsasən, dünyanın 180 ölkəsi arasında korrupsiyaya görə İran 23 balla 151-ci yerdədir və dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri hesab olunur.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar