SON XƏBƏRLƏR

KİV: Amerikanın Yaponiyadakı aviabazasında partlayış olub, xəsarət alanlar var

2025.06.09, 11:24
KİV: Amerikanın Yaponiyadakı aviabazasında partlayış olub, xəsarət alanlar var

Bazar ertəsi Amerikanın Yaponiyanın cənubundakı Okinava prefekturasında yerləşən “Kadena” aviabazasında partlayış baş verib.

Gunaz.tv

Günaz TV Reporta istinadən xəbər verir ki, insident Yaponiyanın özünümüdafiə qüvvələrinin idarə etdiyi obyektdə qeydə alınıb.

Yerli hakimiyyət orqanları hadisənin partlamamış hərbi sursatların müvəqqəti saxlandığı yerdə baş verə biləcəyini istisna etmir.

NHK mümkün zərərçəkənlər barədə məlumat verib, lakin onların dəqiq sayı və xəsarətlərinin ciddiliyi hələ dəqiqləşdirilməyib.

“Kyodo” agentliyi isə Yaponiyanın Müdafiə Nazirliyinə istinadən partlayış zamanı ölkənin Milli Özünümüdafiə Qüvvələrinin 4 hərbçisinin xəsarət aldığını xəbər verib. Qeyd edilir ki, onların xəsarətləri yüngüldür.

Hadisənin səbəbi də dəqiq məlum deyil.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar