SON XƏBƏRLƏR

Aİ iyunun 20-də yeni sanksiyalar paketi üzrə səsvermə keçirə bilər

2025.06.09, 11:31
Aİ iyunun 20-də yeni sanksiyalar paketi üzrə səsvermə keçirə bilər

Avropa İttifaqı (Aİ) iyunun 20-də Rusiyaya qarşı yeni sanksiyalar paketi üzrə səsvermə keçirə bilər.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə “Politico" qəzeti diplomatik mənbəyə istinadən yazır.

"Əgər Amerika koordinasiyalı yanaşmaya razılıq versə, növbəti sanksiyalar paketi artıq iyunun 20-də səsverməyə çıxarıla bilər", - məlumatda bildirilib.

Qeyd olunub ki, Aİ Amerikadan siqnal gözləyir. Bu siqnal iyunun 15-17-də Kanadada keçiriləcək G7 sammitində verilə bilər.

Daha əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Amerika senatoru Lindsi Qremə Rusiyaya qarşı yeni sanksiyaların koordinasiyalı şəkildə tətbiq edilməsinin zəruriliyini bildirmişdi.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar