SON XƏBƏRLƏR

Türkiyə Əfqanıstanın külək enerjisi layihəsinə 65 milyon dollar sərmayə qoyur

2025.06.09, 11:38
Türkiyə Əfqanıstanın külək enerjisi layihəsinə 65 milyon dollar sərmayə qoyur

Türkiyə Əfqanıstanın külək enerjisi layihəsinə 65 milyon dollar sərmayə qoyur

Gunaz.tv

Türkiyənin “77” tikinti şirkəti Əfqanıstanın Herat şəhərində külək elektrik stansiyası layihəsinin birinci mərhələsinə 65 milyon dollar sərmayə qoyacaq və 43,2 meqavat gücündə külək elektrik stansiyasının tikintisinə başlanılacaq.

Layihənin təməlqoyma mərasimi Taliban müvəqqəti hökumətinin baş nazirinin müavini, bəzi kabinet üzvləri, Türkiyənin Heratdakı baş konsulu, 77 İnşaat Şirkətinin İdarə Heyətinin sədri və bir sıra dəvət olunmuş qonaqların iştirakı ilə keçirilib.

Türkiyənin Kabildəki səfirliyinin ticarət müşaviri Əmrə Önal Türkiyə şirkətlərinin indiyədək Əfqanıstana təxminən 7 milyard dollar sərmayə qoyduğunu və bu layihənin həyata keçirilməsi ilə ilk dəfə bir Türkiyə şirkəti vasitəsilə Əfqanıstana külək turbinləri texnologiyasını gətiriləcəyini açıqlayıb.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar