SON XƏBƏRLƏR

İranşəhrilərin Azərbaycan xaçalarına dözümsüzlüyü

2025.06.09, 12:16
İranşəhrilərin Azərbaycan xaçalarına dözümsüzlüyü

Bəzi fars qrupları və media qurumları Haaqa sərgisində Ərdəbil və Təbriz xalçalarının “Azərbaycan xalçaları” kimi təqdim olunmasından narazıdırlar.

Gunaz.tv

Bu ilin may ayında Hollandiyanın Haaqa meriyasında Azərbaycan səfirliyi və “Azərxalça” şirkəti ilə birgə “Azərbaycan xalçalarının əzəməti: İncəsənətlə öyrənək” adlı sərgi keçirilib. Bəzi fars qrupları və media qurumları bu sərgidə Təbriz və Ərdəbil üslublu xalçaların Azərbaycan xalçaları kimi təqdim olunmasına etiraz ediblər.

İran Tarix və İrs Dərnəyi Təbriz və Ərdəbil xalçalarının Azərbaycan xalçaları kimi təqdim edilməsini “Bakının axmaq davranışı” kimi qiymətləndirib və bunu İran rəsmilərinin “səriştəsizliyi və məlumatsızlığının” əlaməti hesab edib.

Antitürk ekstremistlərinin əsas mərkəzlərindən biri olan Independent farsca xəbər agentliyi də Təbriz və Ərdəbil xalçalarının Azərbaycan xalçaları kimi təqdim edilməsinə qəzəbləndiyini bildirib, bu xalçaların Azərbaycan xalçaları deyil, “İran sənətinin şah əsəri” olduğunu bildirib.

Qeyd edək ki, xalça və kilim sənəti köçəri və yarımköçəri tarixə sahib xalqların ən önəmli mədəni irs nümunələrindən biri sayılır.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar