SON XƏBƏRLƏR

Qrossi: İranı təcili olaraq tam əməkdaşlığa çağırıram

2025.06.09, 13:54
Qrossi: İranı təcili olaraq tam əməkdaşlığa çağırıram

Bazar ertəsi BMT-nin Nüvə Nəzarət Təşkilatının rəhbəri İranı agentliyin təhqiqatları ilə tam əməkdaşlığa çağırıb və xəbərdarlıq edib ki, elan olunmamış nüvə obyektləri və zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı həll olunmamış suallar Tehranın atom proqramının dinc xarakter daşıdığını şübhə altına alır.

Gunaz.tv

Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurasının iclasının açılışında çıxış edən baş direktor Rafael Qrossi deyib ki, İran üç elan olunmamış ərazidə – Varamin, Marivan və Turquzabadda tapılan texnogen uranın izləri ilə bağlı açıqlama təqdim etməyib, yoxlama səylərinə mane olmaq üçün əlavə tədbirlər görüb.

"İran bizim suallarımıza nə cavab verməyib, nə də texniki baxımdan heç bir açıqlama gətirməyib." - Rafael Qrossi bildirib.

O bildirib ki, Tehranın 400 kq-dan çox yüksək zənginləşdirilmiş uran ehtiyatı nüvə silahlarının yayılması ilə bağlı yeni narahatlıqlar yaradır.

Qrossi Misir rəsmiləri ilə birlikdə Qahirədə İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar apardığını deyib və vurğulayıb ki, hər hansı gələcək razılaşma Agentliyin güclü yoxlama rolunu özündə ehtiva etməlidir.

"Mən İranı təcili olaraq tam əməkdaşlığa çağırıram. Yalnız BAEA-nın yoxlanışları ilə dəstəklənən diplomatik həll İranın nüvə proqramının dinc xarakter daşımasını təmin edə bilər." - deyə o bildirib.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar