SON XƏBƏRLƏR

İran XİN: Amerika ilə danışıqların altıncı raundu iyunun 15-də baş tutacaq

2025.06.10, 10:32
İran XİN: Amerika ilə danışıqların altıncı raundu iyunun 15-də baş tutacaq

İranın nüvə proqramı üzrə Amerika ilə danışıqların altıncı raundu iyunun 15-nə təyin edilib.

Gunaz.tv

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

“Keçirilən məsləhətləşmələri nəzərə alaraq, İran-Amerika dolayısı ilə danışıqların növbəti raundu gələn bazar günü Maskatda keçiriləcək”, - deyə o qeyd edib.

Amerika və İran Tehranın nüvə proqramı ilə bağlı beş raund danışıqlar aparıb.

Amerika Prezidenti Donald Tramp deyib ki, Vaşinqton mümkün uranın zənginləşdirilməsindən imtina etmək istəmədiyinə görə Tehranın mövqeyindən hələlik razı deyil. Tramp daha əvvəl görüşün iyunun 12-də baş tutacağını bildirmişdi.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar