SON XƏBƏRLƏR

Slovakiyanın Baş naziri Avropada siyasi sistemin dəyişdirilməsinə çağırıb

2025.06.10, 10:36
Slovakiyanın Baş naziri Avropada siyasi sistemin dəyişdirilməsinə çağırıb

“Özbəkistan, Çin və Vyetnam siyasi sistemdə islahatlara ehtiyacı olan Avropadan daha səmərəli iqtisadi inkişaf yolunu seçib”.

Gunaz.tv

Günaz TV "Repor"a istinadən xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso Özbəkistana səfəri zamanı bildirib.

“Avropada azad demokratik seçkilərə əsaslanan siyasi sistemin islahatından danışmaq lazım gələcək. Özbəkistanın, Vyetnamın və Çinin seçdiyi yol son dərəcə səmərəli iqtisadi inkişaf yoludur. Hökumətləri bir çox siyasi partiyalardan formalaşan ölkələr uzunmüddətli perspektivdə rəqabət apara bilməzlər”, - deyə o qeyd edib.

Baş nazir Slovakiyada siyasi partiyaların sayının azaldılmasının tərəfdarı olduğunu bildirib. Onun fikrincə, belə bir tədbir respublikanın xeyrinə olardı.

“Mən siyasi sistemin daha effektiv olması üçün dəyişikliyə çağırıram”, - Baş nazir Slovakiya və Avropa haqqında danışarkən deyib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar