SON XƏBƏRLƏR

İran nüvə proqramına qarş hərəkətlərə qəti şəkildə cavab verəcəyini bildirib

2025.06.10, 12:03
İran nüvə proqramına qarş hərəkətlərə qəti şəkildə cavab verəcəyini bildirib

Qərb dövlətləri BMT-nin Nüvə Təhlükəsizliyi Təşkilatının Rəhbərlər Şurasının Vyanada keçirilən iclasında İrana qarşı qətnamənin qəbul edilməsini tələb etdikləri bir vaxtda İran nüvə proqramına qarş hərəkətlərə qəti şəkildə cavab verəcəyini bildirib.

Gunaz.tv

Amerika, Fransa, Almaniya və Böyük Britaniyanın dəstəklədiyi qətnamə layihəsi Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossinin keçən ayın sonunda üzv ölkələrə təqdim etdiyi məxfi hesabatdan sonra hazırlanıb. Hesabatda İranın bir çox obyektlərində elan olunmamış nüvə fəaliyyəti və İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatını davamlı olaraq artırılması ilə bağlı narahatlıqlar ifadə edilib.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə həm BAEA hesabatını, həm də qətnaməni siyasi motivli adlandıraraq rədd edib.

"İranın milli maraqlarına qarşı hər hansı qeyri-qanuni hərəkətə güclü və mütənasib cavab veriləcək. Hesabatda uyğunsuzluq və ya dinc fəaliyyətlərdən yayınma ilə bağlı heç bir sübut yoxdur." - deyə o bildirib.

Qeyd edək ki, həftənin əvvəlində İranın Atom Agentliyinin sözçüsü Behruz Kamalvəndi bildirib ki, agentliyin son qətnaməsi Tehranı 60 faiz zənginləşdirilmiş uran hasilatını 7 dəfə artırmağa, 20 sentrifuqa kaskadını işə salmağa və yeni nəsil sentrifuqalar quraşdırmağa vadar edib. İran tərəfi belə təxribatçı bəyanatlarla nüvə bombası əldə etmək istəyini xarici qüvvələrin təzyiqləri ilə əlaqələndirməyə çalışır.

Xatırladaq ki, istər Amerika kəşfiyyatının, istərsə də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatlarına görə, İran uranı dinc məqsədlər üçün gərək olandan qat-qat artıq zənginləşdirib və qısa müddətdə nüvə silahı əldə edə bilər.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar