SON XƏBƏRLƏR

Yaponiya İranı nüvə razılaşmasına gəlməyə çağırıb

2025.06.10, 12:57
Yaponiya İranı nüvə razılaşmasına gəlməyə çağırıb

Yaponiyanın xarici işlər naziri Takeşi İvaya iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı zamanı İranı Amerika ilə nüvə razılaşması əldə etmək şansını əldən verməməyə çağırıb.

Gunaz.tv

30 dəqiqə davam edən telefon danışığında İvaya  iranın nüvə məsələsinin danışıqlar yolu ilə həll olmasının tərəfdarı olduğunu bildirib və İranı Beynəlxalq Atom Enerjisi Agentliyinin təminat müqaviləsi çərçivəsində öhdəliklərini yerinə yetirmək üçün konkret addımlar atmağa çağırıb.

O, həmçinin Yaponiyanın problemin həllinə kömək etmək üçün diplomatik səylər göstərməyə hazır olduğunu bildirib.

İran Xarici İşlər Nazirliyi mövzu uilə bağlı heç bir açıqlama verməyib.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar