SON XƏBƏRLƏR

İran parlamenti: BAEA qətnaməsi danışıqlara zərbə vuracaq

2025.06.10, 13:26
İran parlamenti: BAEA qətnaməsi danışıqlara zərbə vuracaq

İran parlamenti xəbərdarlıq edib ki, BMT-nin Nüvə Nəzarəti Təşkilatının Rəhbərlər Şurası tərəfindən qəbul edilən hər hansı bir qətnamə davam edən nüvə danışıqlarına ciddi ziyan vuracaq

Gunaz.tv

Bu barədə Parlamentin açıq iclasında oxunan bəyanatda bildirilib.

“İslami Şura Assambleyası xəbərdarlıq edir ki, BAEA-nin Rəhbərlər Şurasının hər hansı qətnaməsinin çıxarılması danışıqlar prosesini kobud şəkildə pozacaq və agentliyin davranışına görə cavabdehlik daşıyan Amerikadır” - deyə bəyanatda bildirilib.

İranlı millət vəkilləri İranın uranı dinc məqsədlərlə zənginləşdirmək hüququnun müzakirəyə açıq olmadığını bir daha vurğulayıblar.

Qeyd edək ki, bir müddətdir ki, İranın müxtəlif dərəcəli rəsmiləri uranın zənginləşdirilməsi məsələsinin heç bir şəkildə müzakirəyə açıq olmadığını və İranın nüvə proqramının yanız dinc məqsədlər daşıdığını bildirsələr də, istər Amerika kəşfiyyatının, istərsə də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatlarına görə, İran uranı dinc məqsədlər üçün gərək olandan qat-qat artıq zənginləşdirib və qısa müddətdə nüvə silahı əldə edə bilər.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar