SON XƏBƏRLƏR

Vaşinqton və Pekin ixrac məhdudiyyətlərinin bir hissəsinin ləğvi planını razılaşdırıblar

2025.06.11, 10:52
Vaşinqton və Pekin ixrac məhdudiyyətlərinin bir hissəsinin ləğvi planını razılaşdırıblar

Amerika və Çin nümayəndələri Londonda keçirilmiş danışıqlarda ikitərəfli ticarətdə məhdudiyyətlərin qismən aradan qaldırılması və ÇXR-dən nadir torpaq metallarının tədarükünün təmin edilməsi barədə sövdələşmələrin həyata keçirilməsi planını razılaşdırıblar.

Gunaz.tv

Bu barədə Amerikanın ticarət naziri Hovard Latnik jurnalistlərə bildirib.

“Biz Cenevrə konsensusunun həyata keçirilməsi üçün çərçivə razılaşmalarına nail olduq”, – o, mayın 10-11-də Cenevrədə əldə edilmiş qarşılıqlı rüsumların qismən azaldılması barədə razılaşmaları nəzərdə tutaraq qeyd edib.

Latnikin sözlərinə görə, tərəflərin razılaşdırdığı plan AmerikaPrezidenti Donald Tramp və ÇXR sədri Si Cinpinin təsdiqinə təqdim ediləcək.

“Biz bu çərçivə razılaşmalarının həyata keçirilməsinə Prezident Tramp və <...> ÇXR sədri tərəfindən təsdiqləndikdən sonra başlayacağıq. Biz, şübhəsiz ki, nadir torpaq metalları və maqnitlər məsələsinin Amerikaya tədarüklərinə münasibətdə razılaşmaların çərçivə həyata keçirilməsi yolu ilə həll olunacağını gözləyirik”, – Latnik vurğulayıb.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar