SON XƏBƏRLƏR

Rusiya Amerika ilə müsadirə edilmiş obyektlərin qaytarılmasına dair danışıqlara başlayıb

2025.06.11, 10:53
Rusiya Amerika ilə müsadirə edilmiş obyektlərin qaytarılmasına dair danışıqlara başlayıb

Rusiya və Amerika nümayəndələri Amerika ərazisində faktiki olaraq müsadirə edilmiş Rusiyanın altı diplomatik mülkiyyət obyektinə giriş əldə etmək barədə danışıqlara başlayıblar.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, artıq altı diplomatik daşınmaz əmlak obyektinin qaytarılması ilə bağlı danışıqlar prosesi başlayıb. A.Darçiyev bildirib ki, bu obyektlər faktiki olaraq 2016-2018-ci illərdə Amerika hakimiyyəti tərəfindən müsadirə edilib.

Səfir əlavə edib ki, Amerika tərəfinə Rusiya diplomatik missiyası nümayəndələrinin yoxlama keçirmək və dəymiş ziyanı qiymətləndirmək üçün bu obyektlərə girişinin təmin edilməsi tələbini əks etdirən "yol xəritəsi" təqdim edilib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar