SON XƏBƏRLƏR

CENTCOM İrana zərbə vurmağa hazırdır

2025.06.11, 11:17
CENTCOM İrana zərbə vurmağa hazırdır

İsrailin İrana potensial hücumu Yaxın Şərqdə yerləşən Amerika qüvvələrini Tehrandan cavab zərbəsinə məruz qoya bilər.

Gunaz.tv

Bunu Amerika Mərkəzi Komandanlığının (CENTCOM) hazırkı komandiri Maykl Korilla Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin dinləmələrində deyib.

O vurğulayıb ki, hazırkı danışıqlar uğursuz olarsa, o, Donald Tramp və Amerikanın müdafiə naziri Pit Heqsetə İrana hücum üçün bir neçə hərbi variant təqdim edib.

Bazar ertəsi Axios iki Amerika rəsmisinə və məsələ ilə tanış olan mənbələrə istinadən bildirib ki, prezident Donald Tramp və onun administrasiyasının xarici siyasət məsul şəxsləri İranın nüvə böhranı və Qəzza müharibəsi ilə bağlı Amerikanın strategiyasını müzakirə etmək üçün Kemp-Devid iqamətgahında uzun görüş keçiriblər.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar