SON XƏBƏRLƏR

Tramp: İranla razılaşma ehtimalı azdır

2025.06.11, 14:28
Tramp: İranla razılaşma ehtimalı azdır

İranla yeni nüvə razılaşması əldə edilməsinə ümid azalıb.

Gunaz.tv

Bunu Amerikanın prezidenti Donald Tramp "New York Post" ilə müsahibəsində deyib.

"Görünür onlar danışıqlardan vaxt qazanmaq üçün istifadə edirlər və bu bizdə təəssüf doğurur. Nüvə sazişinin əldə edilməsi ilə bağlı bir neçə ay olduğumdan daha az ümidliyəm. Onlar bizimlə razılığa gəlsələr də, gəlməsələr də, heç bir halda nüvə silahına sahib olmayacaqlar. Bunu müharibəsiz, insanlar ölmədən etmək daha gözəl olardı. Amma mən onların razılıq üçün eyni səviyyədə həvəsini görmürəm. Düşünürəm ki, səhv edəcəklər, amma biz görəcəyik. Güman edirəm ki, bunu zaman göstərəcək." - deyə Tramp bildirib.

İranın nüvə razılaşmasına müqavimət göstərməsində xarici təsirlərin rolu haqqında suala cavab olaraq isə Tramp Çinin bu məsələdə rolu olmadığını düşündüyünü deyib.

 

- Cəfər Cəfərli 

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar