SON XƏBƏRLƏR

İranın nüvə proqramı Amerika-Rusiya ikitərəfli danışıqlarının növbəti raundunda əsas mövzu olacaq

2025.06.11, 14:39
İranın nüvə proqramı Amerika-Rusiya ikitərəfli danışıqlarının növbəti raundunda əsas mövzu olacaq

İranın nüvə proqramı Amerika-Rusiya ikitərəfli danışıqlarının növbəti raundunda əsas mövzu olacaq.

Gunaz.tv

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. 

Danışıqların tezliklə Moskvada baş tutacağı gözlənilir. Danışıqlar Vaşinqtonla Moskva arasındaki gərginləşən münasibətlərə və diplomatik kanalların bərpasına yönəlib.

Ryabkov deyib ki, Rusiya hər iki tərəfə praktiki yardım təklif etməyə hazırdır.

“Biz həm Vaşinqtona, həm də Tehrana təkcə danışıqlar prosesində istifadə oluna biləcək ideyalar şəklində deyil, həm də praktiki olaraq kömək göstərməyə hazırıq: məsələn, İranın hasil etdiyi artıq nüvə materialının ixracı və sonradan onun reaktorlar üçün yanacaq istehsalına uyğunlaşdırılması yolu ilə.” - deyə o bildirib.

Qeyd edək ki,İranın uranı zənginləşdirməsi  danışıqlarda əsas problem olaraq qalır: Prezident Tramp Tehranın nüvə silahı əldə etməməsində təkid edir, Əli Xamenei isə zənginləşdirmədən imtina etməyi qəbuledilməz sayır.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar