SON XƏBƏRLƏR

Azərbaycan Ordusunun aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib

2025.06.11, 15:08
Azərbaycan Ordusunun aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib

Hərbi pilotlar aviasiya vasitələri ilə təlim-məşq uçuşlarını icra ediblər.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra müəyyən edilmiş marşrutlar üzrə praktiki uçuşlar yerinə yetirilib.

Hərbi pilotlar təyyarələrdə qalxma və enmə, eləcə də aşağı və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər.

Hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən uçuşlar zamanı yüksək peşəkarlıq nümayiş etdirilib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar