SON XƏBƏRLƏR

İrana İsrailin hücumu barədə xəbərdarlıq edilib

2025.06.12, 12:53
İrana İsrailin hücumu barədə xəbərdarlıq edilib

Regional müttəfiq Tehrana potensial İsrail hərbi hücumu barədə məlumat verib.

Gunaz.tv

Bu barədə İranın yüksək rütbəli rəsmisi "Reuters"ə bildirib.

Rəsmi gərginliyin artmasına baxmayaraq, İranın uranın zənginləşdirilməsi hüququndan əl çəkməyəcəyini vurğulayıb.

“Gərginlik Tehrana nüvə hüquqları ilə bağlı mövqeyini dəyişməyə təsir etmək məqsədi daşıyır”, - deyə rəsmi bildirib.

Xatırladaq ki, Donald Tramp çərşənbə günü amerikalı personalın Yaxın Şərqdən çıxarıldığını deyib və Vaşinqtonun İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyini bir daha təsdiqləyib.

Hazırda Tehran və Vaşinqton bazar günü Omanın paytaxtı Maskatda nüvə danışıqlarını bərpa etməyə hazırlaşır.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar