SON XƏBƏRLƏR

Netanyahu: Hücumlar nə qədər lazımdırsa davam edəcək

2025.06.13, 09:55
Netanyahu: Hücumlar nə qədər lazımdırsa davam edəcək

İrana hücumlar nə qədər lazımdırsa o qədər davam edəcək

Gunaz.tv

Bu barədə Benyamin Netanyahu xalqa video müraciətində bildirib.

Netanyahu İsrailin İranın Natanzdakı əsas zənginləşdirmə obyektinə, eləcə də onun ballistik raket bazalarına və İranın ən yaxşı nüvə alimlərinə hücum etdiyini deyib.

“Biz İranın nüvə zənginləşdirmə proqramının ürəyinə zərbə vurduq. Biz bomba üzərində işləyən İranın aparıcı nüvə alimlərini hədəf aldıq. Biz İranın ballistik raket proqramının mərkəzinə zərbə vurduq." - deyə o bildirib.

İsrailin hədəfləri arasında nüvə obyektləri, hava hücumundan müdafiə batareyaları, yüksək vəzifəli məmurların evləri və qərargahları, silah anbarları və laboratoriyalar olub.

Qeyd edək ki, İsrailin Müdafiə Nazirliyi milli fövqəladə vəziyyət elan edib və ictimaiyyətə İranın cavab olaraq raket və pilotsuz təyyarələr atacağını gözləməyi tövsiyə edib.

“Təhlükəsizlik rəhbərliyimizə dedim: Tez hərəkət etməkdən başqa alternativimiz yoxdur. Biz bu təhlükələri gələcək nəsil üçün buraxa bilmərik. Əgər indi hərəkətə keçməsək, gələcək nəsil deyə bir şey olmayacaq." - Netanyahu əlavə edib.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar