SON XƏBƏRLƏR

Tramp İsrailin hücumlarını dəstəkləyib və Tehranın onun 60 günlük ultimatumuna məhəl qoymadığını deyib

2025.06.13, 18:07
Tramp İsrailin hücumlarını dəstəkləyib və Tehranın onun 60 günlük ultimatumuna məhəl qoymadığını deyib

Amerika prezidenti Donald Tramp cümə günü CNN jurnalisti Dana Başa telefonla müsahibə verərkən İsrailin İrana zərbələrini "çox uğurlu hücum" kimi qiymətləndirib və Tehrana çox gec olmadan danışıqlara qayıtması barədə xəbərdarlıq edib.

Gunaz.tv

Tramp İsrailin İrana qarşı hərbi əməliyyatlarına güclü dəstəyini ifadə edib.

“Əlbəttə ki, biz İsraili heç kimin dəstəkləmədiyi kimi dəstəkləyirik.” - deyə o bildirib.

O, İrana verdiyi 60 günlük vaxta İran tərəfindən məhəl qoyulmadığını bildirib.

"Mən dedikdə İran məni dinləməli idi - bilirsiniz ki, mən onlara 60 günlük xəbərdarlıq etdim və bu gün 61-ci gündür."

Tramp xəbərdarlıq edib ki, Tehran indi "çox gec olmadan razılığa gəlmək üçün masaya gəlməlidir. Yoxsa onlar üçün çox gec olacaq.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar