SON XƏBƏRLƏR

Netanyahu: İsrail təyyarələri tezliklə Tehranın üzərində uçacaq

2025.06.14, 19:07
Netanyahu: İsrail təyyarələri tezliklə Tehranın üzərində uçacaq

İsrail döyüş təyyarələri tezliklə Tehran üzərində uçacaq və İranın bütün əsas hədəflərini vuracaq.

Gunaz.tv

Bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

“Biz Ayətullah rejiminin hər bir məntəqəsini və hər bir hədəfini vuracağıq.” - deyə o qeyd edib.

Netanyahu əlavə edib ki, İran nüvə silahı yaratmaq üçün son mərhələdədir. "Biz 90-cı dəqiqədə idik. İranın nüvə komandaları İsraili məhv etmək üçün nüvə bombaları - atom bombaları yaratmaq üçün yarışdı." - o bildirib.

İsrail lideri bu əməliyyatların İrandan gələn həm nüvə, həm də ballistik təhdidləri aradan qaldırmaq üçün olduğunu qeyd edib.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar