SON XƏBƏRLƏR

Pezeşkian: İran nüvə proqramı ilə bağlı mövqeyini dəyişməyəcək

2025.06.14, 22:32
Pezeşkian: İran nüvə proqramı ilə bağlı mövqeyini dəyişməyəcək

İran nüvə proqramı ilə bağlı mövqeyini dəyişməyəcək və İsrailin hücumları davam etdikcə danışıqlar aparmayacaq.

Gunaz.tv

Bunu İran Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı deyib.

O, Amerikanı İsrailin hücumlarını əlaqələndirməkdə ittiham edib.

"Amerikalılar danışıqlar zamanı həmişə vurğulayıblar ki, İsrail onların koordinasiyası və icazəsi olmadan heç bir aqressiv addım atmayacaq. Ona görə də indiki hücumların bu hərəkətləri təsdiqləyən ABŞ-nin koordinasiyası ilə həyata keçirildiyi açıq-aydın görünür", - Pezeşkian qeyd edib.

İran lideri daha əvvəl Pakistanın Baş naziri Şahbaz Şəriflə söhbətində qeyd edib ki, İsrailin zərbələrinin Amerika ilə əlaqələndirilməsi Vaşinqtonun etibarsızlığını göstərir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar