SON XƏBƏRLƏR

Ərdoğan və Pezeşkian İsrail-İran münaqişəsinə dair müzakirə aparıb

2025.06.16, 15:51
Ərdoğan və Pezeşkian İsrail-İran münaqişəsinə dair müzakirə aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı olub.

Gunaz.tv

Bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, tərəflər İsrail - İran münaqişəsi, eləcə də regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyə Prezidenti qeyd edib ki, regionda gərginliyin sona çatdırılması və tərəflərin nüvə danışıqlarına geri qayıtması üçün bir sıra dünya liderləri ilə telefon danışıqları olub.

Ərdoğan Türkiyənin regionda sülhün və sabitliyin qorunmasına sadiq olduğunu diqqətə çatdırıb.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar